Sizə zəng edəcəyik
Ad Soyad
Telefon nömrəsi
E-Mail
Zəngin zamanı

+99412 498 99 90

Vnukovo aeroportundan Moskvaya şəhər mərkəzinə necə getməli

İctimai nəqliyyat

Aeroekspress – Ən rahat və vaxta qənaət qarantiyası ilə şəhər mərkəzinə getmək üçün ən uğurlu vasitə. Gəliş-dönüş olaraq Beynəlxalq Gəliş Terminalının aşağı mərtəbəsində yerləşən stansiyası ilə Kievskaya stansiyası arasında hərəkət edir. Aeroekspress səhər saat 06:00-dan, gecə 01:00-a qədər 30 dəqiqəlik intervalla hərəkət edir. Gediş haqqı bir istiqamət üçün 500 rubl, gediş-dönuş üçün isə 900 rubl təşkil edir. Əgər siz ailəvi və yaxud kollektiv şəkildə səyahət edirsinizsə o zaman siz qrup bileti əldə edə bilərsiniz. Bu halda siz 4 nəfər üçün 1 istiqamətə sadəcə 1100 rubl ödəyəcəksiniz. Biletləri təyinat nöqtələrində quraşdırılmış terminallardan  və ya mobil proqram vastəsilə əldə etmək mümkündür.
Avtobus – aeroporta və ya aeroportdan şəhər getməyin ən ucuz yolu. Fərqli stansiyalardan fərqli saylı avtobuslar hərəkət edir.
Yuqo Zapadnaya stansiyasına (Qirmizi metro xətti) qədər 611 saylı avtobus
Salarevo stansiyasına (Qirmizi metro xətti) qədər 486, 272 və 911 saylı avtobuslar
Kitay-qorod stansiyasına (Narıncı metro xətti) qədər H11 saylı avtobus

Transfer – aeroportdan təyinat nöqtəsinə qədər getməyin ən rahat yoludur. Sizi xüsusi adla qarşılayır, baqajlarınızın daşınmasına köməklik göstərir və avtomobillə sizi təyinat nöqtəsinə aparır. 

Bu xidməti siz saytımızda Transfer bölməsindən bronlaşdıra bilərsiniz.

Taksi – rəsmi nəqliyyat xidmətləri gəliş terminalının qarşısında yerləşir. Siz hər zaman onlardan öz adresinizə getmək üçün istifadə edə bilərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, bu xidmət biraz daha bahalıdır. Daha ucuz variant isə Yandex Taxi və Uber kimi onlayn xidmətlərdən istifadə etməkdir. Qiymət aeroportdan Moskva ərazisində müyəyən bir adresə qədər təxminən 900-2000 rubl arasında dəyişir.


Hansı aviaşirkətlər uçur

1. Azərbaycan Hava Yolları
2. Utair airlines
Məktubun başlığı

Məktubun məzmunu

Ad
Soyad
e-mail
Bəli

Email uğurla göndərildi

Xəbərdarlıq

Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız