Türk Hava Yolları 20 may 1933-cü ildə ilk uçuşlarını həyata
keçirib. 1947-ci ildə ilk Türk bayraqlı təyyarə İstanbul Afina uçuşunu yerinə
yetirib. 1951-ci ildə təyyarə parkında artıq 33 təyyarə var idi. 1955-ci ildə
Türk Hava Yolları Beynəlxalq Hava Nəqliyyatı Təşkilatının (IATA) üzvü olub. 1959-cu ildə Məsud Manioğlu aviaşirkətin qaza bənzər
gerbini hazırlayır. Çünki qazların 9000 hündürlüyə qədər uçduğu bilinir. 1961-ci ildə pilot kapitanlar Zihni Barin və Nurettin
ABŞ-dan İstanbula 30 saatlıq uçuş edərək, F-27 təyyarəsi ilə ilk dəfə Atlantik
Okeanı üzərindən keçiblər. 1998-ci ildə Türk Hava Yolları saytı istifadəyə
verilib. 2001-ci ildə isə məlumat mərkəzi işə başlayıb. 2003-cü ildə elektron bilet və qeydiyyatdan istifadə
etməklə bilet almaq daha asanlaşdırılıb. Alt şirkətləri Anadolujet, SunExpress və B&H
Airlines.
Donanma:
Təyyarə parkı müxtəlif modifikasiyalı Boeing və
Airbuslardan ibarətdir. Donanmada cəmi 310 təyyarə var.
Mükafatlar:
Üç il ardıcıl olaraq 2011, 2012 və 2013-cü illərdə
Türk Hava Yolları Avropanın Ən Yaxşı Hava Yolu, Cənubi Avropadakı Ən Yaxşı Hava
Yolu və Dünyadakı Ekonom Sinif Hava Yolları üçün Ən Yaxşı Mükəmməl Oturacaq
üçün Skytrax mükafatlarına layiq görülüb. Ardıcıl altı il bu titulunu saxlayaraq 2014, 2015 və
2016-cı illərdə Avropanın ən yaxşı aviaşirkəti statusunu qoruyub. 2017-ci ilin Noyabr ayında Türk Hava Yolları CEOWORLD
tərəfindən "Dünyada işgüzar səyahət üçün 16-cı ən yaxşı hava şirkəti"
olaraq tanınıb.
Məktubun başlığı
Məktubun məzmunu
Bəli
Email uğurla göndərildi
Xəbərdarlıq
Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız