Şeremetyevo aeroportundan Moskvaya şəhər mərkəzinə necə getməli
İctimai nəqliyyat
Aeroekspress – Ən rahat və vaxta qənaət qarantiyası ilə şəhər mərkəzinə getmək üçün ən uğurlu vasitə. Gəliş-dönüş olaraq E Terminalı stansiyası ilə Belorusskiy vokzal stansiyası arasında hərəkət edir. Aeroekspress səhər saat 06:00-dan, gecə 01:00-a qədər 30 dəqiqəlik intervalla hərəkət edir. Gediş haqqı bir istiqamət üçün 500 rubl, gediş-dönuş üçün isə 900 rubl təşkil edir. Əgər siz ailəvi və yaxud kollektiv şəkildə səyahət edirsinizsə o zaman siz qrup bileti əldə edə bilərsiniz. Bu halda siz 4 nəfər üçün 1 istiqamətə sadəcə 1100 rubl ödəyəcəksiniz. Biletləri təyinat nöqtələrində quraşdırılmış terminallardan və ya mobil proqram vastəsilə əldə etmək mümkündür. Avtobus – aeroporta və ya aeroportdan şəhər getməyin ən ucuz yolu. Fərqli stansiyalardan fərqli saylı avtobuslar hərəkət edir. Reçnoy vokzal stansiyasına (Yaşıl metro xətti) qədər 851 və 948 saylı avtobuslar Planernaya stansiyasına (Bənövşəyi metro xətti) qədər 817 və 949 saylı avtobuslar Leninskiy prospekt stansiyasına (Narıncı metro xətti) qədər H1 saylı avtobus
Transfer – aeroportdan təyinat nöqtəsinə qədər getməyin ən rahat yoludur. Sizi xüsusi adla qarşılayır, baqajlarınızın daşınmasına köməklik göstərir və avtomobillə sizi təyinat nöqtəsinə aparır.
Bu xidməti siz saytımızda Transfer bölməsindən bronlaşdıra bilərsiniz.
Taksi – rəsmi nəqliyyat xidmətləri gəliş terminalının qarşısında yerləşir. Siz hər zaman onlardan öz adresinizə getmək üçün istifadə edə bilərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, bu xidmət biraz daha bahalıdır. Daha ucuz variant isə Yandex Taxi və Uber kimi onlayn xidmətlərdən istifadə etməkdir. Qiymət aeroportdan Moskva ərazisində müyəyən bir adresə qədər təxminən 900-2000 rubl arasında dəyişir.
Hansı aviaşirkətlər uçur
1.Aeroflot 2.Azərbaycan Hava Yolları
Məktubun başlığı
Məktubun məzmunu
Bəli
Email uğurla göndərildi
Xəbərdarlıq
Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız