Sizə zəng edəcəyik
Ad Soyad
Telefon nömrəsi
E-Mail
Zəngin zamanı

+99412 498 99 90

Sabiha Gökçen Hava limanından İstanbul şəhər mərkəzinə necə getməli

İctimai nəqliyyat – şəhər mərkəzinə getmək üçün ən sadə və uyğun vasitə.

Havabus şirkəti tərəfindən təqdim olunan komfortlu avtobuslar 30 dəqiqə intervalla səhər saat 04:00-dan gecə 01:00-a qədər xidmeti edir. Gediş haqqı nəğd şəkildə sürücüyə ödənilir. Gediş haqqı məsafəyə görə dəyişir: Kadiköy portuna qədər 10 lirə, Taksim meydanına qədər isə 20 lirə təşkil edir.
Kadiköy portuna qədər 50 dəqiqə, Taksim meydanına qədər isə 1.5 saat zaman qət edilir. Bu zaman vaxtı tıxaclar səbəbindən uzana da bilər.

Transfer – aeroportdan təyinat nöqtəsinə qədər getməyin ən rahat yoludur. Sizi xüsusi adla qarşılayır, baqajlarınızın daşınmasına köməklik göstərir və avtomobillə sizi təyinat nöqtəsinə aparır. Əgər sizin daha cox baqajınız varsa və ya siz ailə ilə birlikdə səyahət edirsinizsə sizə uyğun nəqliyyat vastəsi tapmaq rahatdır.

Bu xidməti siz saytımızda Transfer bölməsindən bronlaşdıra bilərsiniz.

Taksi – gedəcəyiniz yerə çatmağınız üçün ən sürətli və məhşur nəqliyyat vasitələrindən biridir. Aeroportdan çıxarkən dərhal sıra ilə düzülmüş mavi və sarı rəngli taksiləri görəcəksiniz. Rahatca əyləşə bilərsiniz, artıq sizi heç kim aldada bilməz. Taksilər sayğacla hərəkət edirlər: ilk əyləşən zaman 4 lirə və daha sonrakı məbləğ isə məsafə və vaxta əsasən hesablanır. Nəzərə alın ki, körpülərdən keçid ödənişli. Bu məbləğdə son hesaba əlavə edilir və hər körpü üçün keçid məbləği 15-40 lirə arası təşkil edir. Ən önəmli vasitələrdən biri də taksi ödənişini kart vastəsilə ödəyə bilərsiniz. Bu halda siz aeroportda dərhal valyuta dəyişmək məcburiyyətində deyilsiniz. Nəzərə alın ki, ödəniş üçün kommisiya haqqı da sizdən tutulur. Bu edəcəyiniz məbləğdən asılıdır.

Hansı aviaşirkətlər uçur

1. Azərbaycan Hava Yolları
2. Anadolu Jet
Məktubun başlığı

Məktubun məzmunu

Ad
Soyad
e-mail
Bəli

Email uğurla göndərildi

Xəbərdarlıq

Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız