Avtobus – aeroporta və ya aeroportdan şəhər getməyin ən ucuz yolu. 300Э saylı avtobus aeroportdan Uruçye metrostansiyasına qədər hərəkət edir və Mərkəzi avtovağzalın qarşısında dayanır. Gediş haqqı 3-4 belarus rublu təşkil edir. Gediş vaxtı təxminən 1 saatdir. Həmçinin 1400 saylı mikroavtobus xətti də mövcuddur. Mikroavtobusda Wifi və baqaj üçün yer mövcuddur. Yol məsafəsi təxminən 45 dəqiqədir, həmçinin mikroavtobuslar da Uruçye stansiyasına qədər gedir.
Transfer – aeroportdan təyinat nöqtəsinə qədər getməyin ən rahat yoludur. Sizi xüsusi adla qarşılayır, baqajlarınızın daşınmasına köməklik göstərir və avtomobillə sizi təyinat nöqtəsinə aparır.
Bu xidməti siz saytımızda Transfer bölməsindən bronlaşdıra bilərsiniz.
Taksi – rəsmi nəqliyyat xidmətləri gəliş terminalının qarşısında yerləşir. Siz hər zaman onlardan öz adresinizə getmək üçün istifadə edə bilərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, bu xidmət biraz daha bahalıdır. Uber onlayn xidmətindən istifadə etmək daha sərfəli olacaqdır. Minsk şəhərində təyinat nöqtəsindən və tıxac səbəbindən asılı olaraq gediş haqqı qiyməti təxminən 30 belarus rublundan başlayır.
Hansı aviaşirkətlər uçur
1.Azərbaycan Hava Yolları 2.BelAvia
Məktubun başlığı
Məktubun məzmunu
Bəli
Email uğurla göndərildi
Xəbərdarlıq
Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız