Sizə zəng edəcəyik
Ad Soyad
Telefon nömrəsi
E-Mail
Zəngin zamanı

+99412 498 99 90


İstanbul Yeni Hava limanından şəhər mərkəzinə necə getməli

İctimai nəqliyyat – şəhər mərkəzinə getmək üçün ən sadə və uyğun vasitə.

Havaist şirkəti tərəfindən təqdim olunan komfortlu avtobuslar aeroportdan şəhərin bir neçə istiqamətinə hərəkət edir. Ödəniş İstanbul kart vastəsilə edilir (kartın qiyməti 6 lirə təşkil edir və növbəti səfərləriniz üçün hesabınıza bir qədər məbləğ qoymağınız lazımdır). Əgər siz Sultanahmet və ya şəhərin Avropa hissəsinə səyahət edirsinizsə İST20 saylı marşurutu seçirsiniz, gediş haqqı 18 lirə, yol məsafəsi isə təxminən 1 saat 40 dəqiqə təşkil edir, avtobuslar 30 dəqiqə interval olmaqla səhər saat 05:00-dan 04:15-ə qədər fəaliyyət göstərir. Əgər sizin səyahətiniz şəhərin Asia hissəsinədirsə, o zaman İST7 saylı marşurutu seçirsiniz və dayanağın sonu Kadiköy-də bitir, yol məsafəsi təxminən 1 saat 50 dəqiqə və gediş haqqı 25 lirə təşkil edir, avtobuslar 1 saatlıq intervalla yola düşür. Nəzərə almaq lazımdır ki, İstanbuldə hərəkət sıxlığı yüksəkdir və tıxaclar səbəbindən yolda vaxt uzana bilər.

Transfer – aeroportdan təyinat nöqtəsinə qədər getməyin ən rahat yoludur. Sizi xüsusi adla qarşılayır, baqajlarınızın daşınmasına köməklik göstərir və avtomobillə sizi təyinat nöqtəsinə aparır. 

Bu xidməti siz saytımızda Transfer bölməsindən bronlaşdıra bilərsiniz.

Taksi – gedəcəyiniz yerə çatmağınız üçün ən sürətli və məhşur nəqliyyat vasitələrindən biridir. Aeroportdan çıxarkən dərhal sıra ilə düzülmüş mavi və sarı rəngli taksiləri görəcəksiniz. Rahatca əyləşə bilərsiniz, artıq sizi heç kim aldada bilməz. Taksilər sayğacla hərəkət edirlər: ilk əyləşən zaman 4 lirə və daha sonrakı məbləğ isə məsafə və vaxta əsasən hesablanır. Nəzərə alın ki, körpülərdən keçid ödənişli. Bu məbləğdə son hesaba əlavə edilir və hər körpü üçün keçid məbləği 15-40 lirə arası təşkil edir. Ən önəmli vasitələrdən biri də taksi ödənişini kart vastəsilə ödəyə bilərsiniz. Bu halda siz aeroportda dərhal valyuta dəyişmək məcburiyyətində deyilsiniz. Nəzərə alın ki, ödəniş üçün kommisiya haqqı da sizdən tutulur. Bu edəcəyiniz məbləğdən asılıdır.

Hansı aviaşirkətlər uçur

1. Azərbaycan Hava Yolları
2. Turkish Airlines
Məktubun başlığı

Məktubun məzmunu

Ad
Soyad
e-mail
Bəli

Email uğurla göndərildi

Xəbərdarlıq

Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız