Dubay Beynəlxalq Aeroportundan şəhər mərkəzinə necə getməli
İctimai nəqliyyat
Metro – Aeroportdan Dubay mərkəzinə metro vastəsilə getmək olar – hansı ki, bu ən ucuz və sürətli vasitə və mini ekskursiya olacaqdır, baxmayaraq ki məsafənin çox hissəsi yer altından keçir. Aeroportda Terminal 1 ve Terminal 3 adı ilə 2 stansiya mövcuddur. Hərəkət göstəricilərini izləyərək bu stansiyalara keçə bilərsiniz. Cox müasir vaqonlar kondisionerlə təhciz olunmuşdur və maşinistsiz olaraq mərkəzdən idarə olunur. Qadınlar üçün və qızıl sinif müştəriləri üçün ayrıca vaqonlar mövcuddur. Gediş haqqı Nol kartı vasitəsilə ödənilir və məbləğ 25 dirhəmdir, kart üçün 6 dirhəm tutulur və qalan məbləğ kart hesabında depozit olaraq saxlanılır. Gediş haqqı məsafəyə görə 2 dirhəmdən 8,5 dirhəmə qədər təşkil edir. Metro səhər saat 05:00-dan gecə 00:00-a qədər fəaliyyət göstərir. Avtobus – şəhər mərkəzinə getmək üçün daha bir nəqliyyat vasitəsidir və fasiləsiz xidmət göstərir. Bütün terminalların çıxışında dayanacaqlar vardır. Gediş haqqı həmçinin Nol kartı vastəsilə ödənilir və məbləğ 3-8 dirhəm təşkil edir. Həmçinin bu kartlar vastəsilə digər ştatlara da getmək mümkündür.
Taksi – ən sadə, ancaq bir o qədər də ucuz olmayan nəqliyyat vasitəsidir. İlk başlanğıc üçün sizdən 25 dirhəm tutulur, daha sonra isə hər kilometr üçün 2 dirhəm hesablanır. Həmçinin hesabınıza ödənişli yolların xərcləri də daxil edilir. Əgər siz başqa ştata gedirsinizsə sərhəd keçmə xərclərini də ödəyirsiniz. Təxmini olaraq Dubai Marinaya qədər toplam yol xərci 100 dirhəm təşkil edir.
Transfer – aeroportdan təyinat nöqtəsinə qədər getməyin ən rahat yoludur. Sizi xüsusi adla qarşılayır, baqajlarınızın daşınmasına köməklik göstərir və avtomobillə sizi təyinat nöqtəsinə aparır.
Bu xidməti siz saytımızda Transfer bölməsindən bronlaşdıra bilərsiniz. İcarə maşın – Dubay həm də sürət sevənlər üçündür, burada yollar həm geniş, həm də möhtəşəmdir. Bir çox maşın icarəsi şirkətləri aeroportda yerləşir. Siz onlardan birinin xidmətlərindən istifadə edə bilərsiniz.
Hansı aviaşirkətlər uçur
1.Azərbaycan Hava Yolları 2.Fly Dubai
Məktubun başlığı
Məktubun məzmunu
Bəli
Email uğurla göndərildi
Xəbərdarlıq
Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız