Sizə zəng edəcəyik
Ad Soyad
Telefon nömrəsi
E-Mail
Zəngin zamanı

+99412 498 99 90

Domodedovo aeroportundan Moskvaya şəhər mərkəzinə necə getməli

İctimai nəqliyyat

Aeroekspress – Ən rahat və vaxta qənaət qarantiyası ilə şəhər mərkəzinə getmək üçün ən uğurlu vasitə. Gəliş-dönüş olaraq Beynəlxalq Gəliş Terminalının çıxışında yerləşən stansiyası ilə Paveleskaya stansiyası arasında hərəkət edir. Aeroekspress səhər saat 06:00-dan, gecə 01:00-a qədər 30 dəqiqəlik intervalla hərəkət edir. Gediş haqqı bir istiqamət üçün 500 rubl, gediş-dönuş üçün isə 900 rubl təşkil edir. Əgər siz ailəvi və yaxud kollektiv şəkildə səyahət edirsinizsə o zaman siz qrup bileti əldə edə bilərsiniz. Bu halda siz 4 nəfər üçün 1 istiqamətə sadəcə 1100 rubl ödəyəcəksiniz. Biletləri təyinat nöqtələrində quraşdırılmış terminallardan  və ya mobil proqram vastəsilə əldə etmək mümkündür.
Avtobus – 308 saylı marşurut xətti sizi Domodedovskaya metrostansiyasına qədər aparacaqdır. Dayancaq terminalla üzbəuz dayandıqda terminalın çıxışından sağ tərəfdə yerləşir. Səhər saat 06:00-dan gecə 00:00-a qədər gündüz 15-30 dəqiqə intervalla, axşam saatlarında isə 30-40 dəqiqə intervalı ilə xidmət göstərir. Gediş haqqı böyüklər üçün 120 rubl təşkil etdiyi halda 7 yaşa qədər uşaqlara xidmət pulsuzdur. Gediş biletini sürücüdən (50-75 rubl) əldə etmək mümkündür. Avtobuslar adətən səhər 05:00-dan axşam 21:00-a qədər xidmət göstərir. Əgər sizin uçuşunuz gecə saatlarındadırsa bu halda siz bu xidmətdən istifadə edə bilməyəcəksiniz.

Transfer – aeroportdan təyinat nöqtəsinə qədər getməyin ən rahat yoludur. Sizi xüsusi adla qarşılayır, baqajlarınızın daşınmasına köməklik göstərir və avtomobillə sizi təyinat nöqtəsinə aparır. 

Bu xidməti siz saytımızda Transfer bölməsindən bronlaşdıra bilərsiniz.

Taksi – rəsmi nəqliyyat xidmətləri gəliş terminalının qarşısında yerləşir. Siz hər zaman onlardan öz adresinizə getmək üçün istifadə edə bilərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, bu xidmət biraz daha bahalıdır. Daha ucuz variant isə Yandex Taxi və Uber kimi onlayn xidmətlərdən istifadə etməkdir. Qiymət aeroportdan Moskva ərazisində müyəyən bir adresə qədər təxminən 900-2000 rubl arasında dəyişir.


Hansı aviaşirkətlər uçur

1. Azərbaycan Hava Yolları
2. S7

Məktubun başlığı

Məktubun məzmunu

Ad
Soyad
e-mail
Bəli

Email uğurla göndərildi

Xəbərdarlıq

Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız