Avtobus – aeroporta və ya aeroportdan şəhər getməyin ən ucuz yolu. 79 saylı avtobus şəhər mərkəzinə qədər hərəkət edir. Ödənişi sürücüyə nəğd və ya öncədən nəqliyyat kartı alaraq kartla edə bilərsiniz, əgər siz şəhəriçi ictimai nəqliyyatdan istifadə edəcəksinizsə. Səfər müddəti təxminən dayanacaqlarla birlikdə 30 dəqiqə təşkil edir, aeroport şəhər ərazisində yerləşir. Həmçinin şəhərin fərqli yerlərindən fərqli avtobuslar da aeroporta hərəkət edir.
Transfer – aeroportdan təyinat nöqtəsinə qədər getməyin ən rahat yoludur. Sizi xüsusi adla qarşılayır, baqajlarınızın daşınmasına köməklik göstərir və avtomobillə sizi təyinat nöqtəsinə aparır.
Bu xidməti siz saytımızda Transfer bölməsindən bronlaşdıra bilərsiniz.
Taksi – rəsmi nəqliyyat xidmətləri gəliş terminalının qarşısında yerləşir. Siz hər zaman onlardan öz adresinizə getmək üçün istifadə edə bilərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, bu xidmət biraz daha bahalıdır. Daha ucuz variant isə Yandex Taxi kimi onlayn xidmətdən istifadə etməkdir. Qiymət aeroportdan şəhər ərazisində müyəyən bir adresə qədər təxminən 450 təngə + 40 təngə hər km üçün təşkil edir.
Hansı aviaşirkətlər uçur
1.Azərbaycan Hava Yolları 2.Air Astana
Məktubun başlığı
Məktubun məzmunu
Bəli
Email uğurla göndərildi
Xəbərdarlıq
Email göndərilməsində yalnışlıq var. Zəhmət olmasa, məlumatları yenidən yoxlayasınız